Xankəndi Pedaqoji İnstitutunun məzunu, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü Səxavət Tağlar Mia.az-ın suallarını cavablandırıb.
Onunla müsahibıni təqdim edirik:
– Səxavət müəllim, artıq bayrağımız tarixi torpağımızda – vaxtilə təhsil aldığınız Xankəndində dalğalanır. Bu tarixi qələbə Sizdə yəqin ki, tamamilə fərqli hislər yaradır…
− Ə\lbəttə, hamı kimi, mənim də sevincimin həddi-hüdüdu yoxdur. Tələbəlik illərində dörd il Xankəndi sakini olmuşam. Orada beynəlmiləlçilik pərdəsi altında gedən millətçilik oyunları gözlərim önündə olub. Sovet dövrünü yaşamış insanlar bilir, Xankəndi bizim ərazimiz, bizim şəhərimiz olsa da, rəhbərləri ermənilər idi, Ermənistandan gələn sifarişlərlə işləyirdilər. Hansı ki, Xankəndi dədə-baba Azərbaycanın yaşayış məkanıdır. XVIII əsrdə Qarabağ xanlığı tərəfindən Xankəndi (Xanın kəndi) kimi formalaşıb. 07 iyul 1923-cü il tarixdə Azərbaycan SSRİ Mərkəzi İcrayyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) statusu verib və mərkəzi də Xankəndi olub. İki ay keçməmiş Moskvada oturan ermənipərəst qüvvəllərin sifərişi ilə ad dəyişdirilib Stepanakert, Stepan Şaumyanın adı ilə adlandırılıb.
Hamısıaha min şükür! 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Ali Baş Komandanı, uğurlu siyasətində mübariz və dönməz iradəli İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. Haqq-ədalət yerini aldı. Xankəndi 100 ildə adda bizim, realda ermənilərin olmağuna son qoyuldu. Xankəndi tam şəkildə bizimdir və inşallah, həmişə də bizim olacaq. Bizim xalq, bizim ordu, bizim Ali Baş Komandan heç vaxt müharibə tərəfdarı olmayıb, hüquqlarımızı sülh yolu ilə, danışıqlar, qarşılıqlı anlaşma yolu ilə bərpa etmək istəyib. Ancaq bu mümkün olmayıb, ermənilər düşmənçilik fikirindən, ədalətsiz mövqeyindən dönməyib. Qırğınlar törədib, ədalətsiz müharibə aparıblar. İtkilərimizə baxmayaraq Azərbaycan ordusu tam və yetkin qələbə qazandı, artıq bütövlükdə QARABAĞ AZƏRBAYCANDIR! Xankəndi heç vaxt indiki kimi bizim olmayıb!
– Tələbəlik illərində 4 il sakini olduğunuz Xankəndi təəssüratlarını unutmamısınız, yəqin qəlbinizdə o yerlərə getmək, ziyarət etmək duyğuları da var?
− O xatirələr unudulan deyil. Çünki o illər tələbəlik həyatımı, gənclik illərimi əhatə edir. Xankəndi Pedaqoji İnstitutunda 3 sektor var idi: Azərbaycan, rus və erməni sektorları. Bizim dövrümüzdə rektor S.Xalatıryan, prorektor Nəcəf Quliyev, dekanımız isə erməni şairi, millətçilik oyunlarının başında duran, “kurinq” rəhbərlərindən biri Soktar Xanyan və sonralar A.Nersesyan idi. Professor-müəllim heyətində ermənilər çoxluq təşkil edirdi.
Azərbaycan bölməsində Arzumanyan Milanya, Senik, Qalayan, Tsaturyan kimi ermənilər tədris aparırdı. Qəribə olsa da, deməliyəm ki, müasir Azərbaycan dilinin tədrisi metodikasını Ararat Qriqoriyan adlı bir erməni dığası deyirdi. O kim idi?! Bu suala cavab verməmişdən əvvəl düşünürəm ki, XPİ-də təhsil almış yüzlərcə tələbə, bu günün müəllim-pedaqoqları onun kimliyini daha yaxşı bilirlər. O, dərs zamanı xalqımızın ədət-ənənələrindən, zərb-məsələlərindən söhbət açıb, gülməcə və tapmacalar danışmaqla vaxtını öldürürdü. Bir az da qulağı ağır eşidən erməni bizim Bakı şəhərində universitet təhsili alsa da, orada özü ilə oxuyan bir gözəl azərbaycanlı qız – Raya müəllimə ilə ailə həyatı qursa da, çox məkirli və hiyləgər idi.
Elə bilməyin ki, o vaxt DQMV-da azərbaycanlı kadr yox idi. Xalqımızın qeyrətli oğlu, gözəl alim, istedadlı şair Ənvər Əhməd o vaxtı milli ruhuna, əqidəsinə görə necə sıxışdırılırdı?! Ordan-burdan kadr yığmaqla institutun Azərbayca bölməsində tədrisi təşkil edən rektorluq Ənvər Əhmədə fars dilindən dərs verirdi, onun yerinə Azərbaycan dili və ədəbiyyat ixtisası və digər ixtisaslar üzrə dərsləri ermənilər keçirdi. O vaxt yerli radioda işləyən istedadlı gənc şair Ələmdar Quluzadə kimi yüzlərcə pedaqoqu instituta cəlb etmək olmazdımı?!
Erməni sektorunda İrəvandan müəllimlər gəlib dərs deyirdi. Biz həsəd aparırdıq, alovlanırdıq. Nə isə…
Təəssüratlarım çoxdur, onları ümumiləşdirib “Qarabağ düşüncələri” adlı bir kitab da yazmışam. Bizim Azərbaycan TV-ləri Xankəndi küçələrini göstərir, inanın, hər küçədə, hər dalanda ürəyimi üşüdən xatirələr var. Ora getmək ən böyük arzumdur. Yəqin Xankəndi tələbələrinin, biz ziyalıların da arzusu təmin olunar.
Heydər Əliyev Fondunun xətti ilə 3 günlük Şuşada “Vaqif Poeziya Günləri”ndə olanda oradan Xankəndi şəhərini doyunca seyr etdim. Qəlbimdə dolandı ki, ilahi, biz nə vaxt dağma şəhərimizə düşə biləcəyik. Keçmə gözəl Hamısıahdan…
– Tələbə vaxtı Qarabağda ədəbi mühit necə idi? Çap olunurdunuzmu?
− Qarabağ həmişə öz ədəbi mühiti ilə seçilib. İşğala kimi Şuşada “Natavan poeziya evi” və “Vaqif çeşməsi” adlı ədəbi məclislərdə Dağlıq Qarabağ yazarları birləşib. O vaxt istedadlı şairlər Adil Cəmil və Ələmdar Quluzadə “Vaqif çeşməsi” adlı almanax da buraxırdılar ki, burada da birlik üzvlərinin ən dəyərli yazıları öz əksini tapırdı.
80-ci illərdə Xankəndində erməni dilində “Sovet Qarabağı” (Sovetakan Karabax) adlı qəzet və eyni adda radio verlişi fəaliyyət göstərirdi. Biz tələbələr yalnız “Şuşa” qəzetində çap olunub, yalnız o qəzeti oxuya bilirdik. Deyim ki, “Şuşa” qəzetinin nömrələrini çox səbirsizliklə gözləyirdik. Yuxarı kurs tələbələri Ələmdar Quluzadə və Adil Şirin tələbə ikən istedadlı şair kimi tanınırdılar. İnstitutun öz ədəbi məclisində Vaqif Hamısıahverdiyev, Ələmdar Bəylər, Rəhman Baxşəliyev, Məfkurə, Rəhim Zalov, İsmayıl İslamov və başqaları öz yaradıcılıq uğurları ilə seçilirdi.
…Aran Qarabağından Dağlıq Qarabağa yenicə gəlmiş şair Ənvər Əhməd “Şuşa” şeirini o vaxtlar yazmışdı. Şair doğma yurdun gül-çiçəyini və onun üstə düşən dan şehini, bülbüllərin göz yaşına bənzədir, gözəllik aşiqi bülbüllərin göz yaşına:
Gözümlə gözəllik çələngi hördüm,
Qurbanan sevdiyim bu doğma yurda.
Güllərin üstündə dan şehi gördüm,
Dedilər bülbüllər ağlayıb burda.
“Vaqif çeşməsi”ndə boy atan şair Hamısıahyar Xocalı isə vətənin, yurdun misilsiz gözəlliklərini Vətən, el sevgisi ilə vəsf edərək yazır:
Gözəllik aşiqi bir
bülbül olub,
Dağlarda çiçəyə, gülə
düşəydim.
Qaranquştək yüz eli
yurd edincə,
Burda sərçə olub
kola düşəydim.
Keçilməz meşədə dönüb
cığıra
Vətənə düşəydim,
Elə düşəydim.
Tələbəlik illərində Hamlet Cavadovun, İlham Cəfərovun, Əli Mahmudun, Zöhrə Cəfərovanın, Eyyub Şırlanlının, Hamısıahverdi Babayevin, İsa Şuşalının, Qasım Qırxqızlının, Məhsəti Əhmədovanın, Aidə Əliyevanın və İsa Əvəzoğlunun poeziya nümunələri hisslərimizə, düşüncələrimizə daha yaxınıydı. Onları oxuyurduq və bir çoxlarının tale yolu məhz bizim institutumuzla bağlı idi. O illərdən qırx ildən artıq bir vaxt keçib. Bu şairlərdən dünyasını dəyişənlər də var, yaşayıb ədəbiyyatımızın cəfakeşi olanlar da.
– Qəlbinizin Qarabağ sevgisini bilirik. Bir rəhbər təhsil işçisi, ictimai söz-fikir insanı kimi, Vətən müharibəsində tam və yetkin qələbədə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin xidmətləri barədə nə deyə bilərsiniz?
− Qəlbimin Qarabağ-Şuşa sevgisini dəyərləndirdiyiniz üçün Sizə təşəkkür edirəm. Azərbaycan təhsili, Azərbaycan müəllimi ilk növbədə məktəbli gəncləri vətənpərvərlik ruhunda yetişdirdi. Onlar böyüdükcə hiss etdilər ki, Vətən dardadır, torpaqlarımızın 20 faizi erməni işğalçıları və onların həvadarları tərəfindən zəbt olunub. Azərbaycan hökumətinin, dövlətimizin siyasəti isə işğalda olan torpaqlarımızı sülh yolu ilə, danışıqlar, anlaşma yolu ilə geri qaytarmaq idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işlər, apardığı siyasət hər kəsə bəllidir. Prezidentimizin siyasəti həmişə təhsil işçiləri və müəllimlərin fəaliyyətinin əsas istiqaməti olub. Ümumtəhsil məktəblərindən hərbi məktəb və akademiyalara gedən məzunlarımız yüksək hazırlığa malik hərbiçi kimi yetişib, fəaliyyətə başladılar. Milli Ordumuz yüksək hazırlığa gətirildi. Düşməndən nə qədər güclü olsaq da, biz müharibə istəmirdik. Ancaq bu qaçılmaz oldu…
İkinci Qarabağ müharibəsində xalq, ordu və hakimiyyətin bir yumruq kimi birləşməsi 44 günlük müharibəni böyük Zəfərlə bitirdi. Vətən müharibəsində 760 nəfər təhsil işçisi könüllü olaraq döyüşdü. Onlardan bir nəfər Təhsil Şöbə müdiri, 32 nəfər direktor müavini, yüzlərcə təhsil işçisi olmaqla Qarabağın müharibə gedən müxtəlif bölgələrində sonadək öndə oldular. 20 nəfər təhsil işçisi şəhidlik zirvəsinə yüksəldi. Hamısıah onlara və cəmi şəhidlərimizə rəhmət eləsin!
– Azərbaycan Dövlət Bayrağının ucaldığı Xankəndi şəhəri ilə bağlı arzu və istəkləriniz?
− Bilirsiniz, arzu və istəklərimiz sonsuzdur. Necə ki, 14 yanvar 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirak və təşəbbüsü ilə bir qarlı qış günündə Molla Pənah Vaqifin məqbərəsinin, eyni zamanda, Poeziya Evinin açılışı olmuşdur. Şuşa azad olunandan sonra terrorçu ermənilər tərəfindən dağıdılmış məqbərəni Ali Baş Komandanımız, mübariz iradəli İlham Əliyev yenidən bərpa etdirmişdir, inşallah, Heydər Əliyevin təşəbbüsü ilə açılmış Bakı-Xankəndi dəmiyol xətti də İlham Əliyev tərəfindən yenidən istifadəyə verilər və ilk sərnişin də böyük sərkərdə, qalib ordunun komandanı İlham Əliyev olar.
Sevinirik, sevinirik ki, Qarabağ müharibəsində tam və yetkin qələbə qazandıq. Sevinirik ki, daha Qarabağda erməni separatçıları yoxdur.
Arzum budur ki, az zaman kəsiyində tələbəlik şəhərimiz Xankəndində olum. Doğma İnstitumuz bərpa olunsun. Xankəndinin küçələrinə böyük Zəfərdə şəhidlik zirvəsinə yüksəlmiş əsgər və zabitlərimizimn adı verilsin. Stepan Şaumyanın heykəlinin yerində böyük sevgini xalqa yaşadan, fəaliyyətinin 20 ili ərzində bütün vədlərini uğurla yerinə yetirən Ali Baş Komandanımız İlham Əliyevin heykəli ucaldılsın!
İkinci Qarabağ müharibəsində Milli Ordumuzun baş leytenantı, şagirdimiz Cavid Səfərli deyirdi ki, Xankəndinə üçrəngli bayrağımızı sancmaq ən böyük arzumdur. Cavid balamız döyüş zamanı düşmənin nə qədər canlı qüvvəsini və texnikasını məhv edib, hərbi tapşırıqları icra edərkən qəhrəmancasına həlak olub. Bayrağı sancmaq arzusuna çatmayan, qəhrəman döyüşçümüzün və onun kimi igid övladlarımızın adının Xankəndidə əbədiləşməsini istəyirik.
– Səxavət müəllim, başqa nə demək istərdiniz?
− Mən xatirələrə sədaqətli bir insanam. Sorğunuz, suallarınız məni gənclik illərinə apardı. Xankəndində baş alıb gedən ədalətsizliklər, 80-ci illərdə Qarabağın ədəbi mühiti, Qarabağ müharibəsi, Vətən müharibəsində Azərbaycan təhsilinin yeri və rolu, Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağının ucalma sevinci söhbətimizin əsas mövzusu oldu.
Əslən Xankəndindən olan bir dostum var, Hikmət Cəmilzadə! Əməkdar Jurnalist, ehtiyyatda olan polkovnik və tarixçi alimdir. Xankəndində ilk tanış olduğum və bu günə kimi isti münasibətim olan bir insandır. Xankəndi şəhərinin separatçılardan təmizlənmə sevincini tez-tez bölüşürük. Biz yenidən Xankəndində görüşəcəyik, ancaq gənc bir tələbə kimi yox, yaşa dolmuş müdrik bir insan kimi…
Asim Hüseynli
MİA.AZ