Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “TÜRKİYƏ CÜMHURİYYƏTİ VƏ AZƏRBAYCAN FİLOLOGİYASI” adlı Respublika Konfransı keçirilib

Bakı Avrasiya Universitetində 19.10.2023-cü il tarixində Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “TÜRKİYƏ CÜMHURİYYƏTİ VƏ AZƏRBAYCAN FİLOLOGİYASI” adlı Respublika Konfransı keçirilib. Tədbir Bakı Avrasiya Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” və “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkilatçılığı ilə keçirilib.

Açılış tədbirində BAAU-nun rektoru, prof. Nazim Hüseynli, Niğde Ömer Halisdemir Universitetinin rektoru, prof. Hasan Uslu, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç, BAAU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dos. Nigar Hüseynova, Elmi işlər üzrə prorektor, siyasi elmlər üzrə elmlər doktoru, prof. Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, prof. Firudin Cəlilov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, BAAU-nun “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, prof. Elmira Məmmədova-Kekeç, “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dos. Zəminə Rüstəmbəyli iştirak ediblər və qonaqları salamlayaraq tədbirin işinə uğurlar diləyiblər.

Altı bölmədən ibarət olan tədbirdə Türkiyədə filoloji fikrin yeni inkişaf mərhələlərinin tədqiq olunması, Cümhuriyyət dövründə qələmə alınmış əsərlərin təhlil edilməsi, həmin dövrdə Azərbaycandan mühacirətə getmiş görkəmli ədiblərimizin yaradıcılığına yenidən nəzər salınması, Türk Dil Qurumunun yaranması, türk dilinin sadələşdirilməsində M.K.Atatürkün xidmətləri, türk dillərinin tədqiqi və tədrisi problemlərinin öyrənilməsi və digər aktual mövzular diqqət mərkəzində olmuşdur.