“İran odla oynayır” – İsrail Prezidenti

 
“Hesab edirəm ki, “Hizbullah” və onun arxasında dayanan şər imperiyası İran odla oynayır, regionda, Yaxın Şərqdə qeyri-sabitlik yaratmağa çalışırlar. Əgər “Hizbullah” bizi münaqişəyə sürükləyərsə, bunun əvəzini Livanın ödəyəcəyi bəllidir”.

Xalqxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrail Prezidenti İsxaq Hersoq fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

İsrail Prezidenti qeyd edib ki, Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, çünki “Hizbullah” üzvləri Livan pasportuna malikdir: “Onlar İsrailə hücum edirlər və buna görə məsuliyyət daşımırlar. Bu, belə ola bilməz. Beynəlxalq hüquqa əsasən, bizim özünümüdafiə hüququmuz var”.



Mənbə