İsrail və HƏMAS silahlı qruplaşması arasında toqquşmanın başlamasından bu yana 20-dən çox jurnalist ölüb.
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, – məlumatda bildirilir.
Öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu bildirilir. Bunlardan başqa itkin düşən və yaralanan jurnalistlərin də olduğu qeyd olunur.