Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə gedib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan bu gün Qahirədə İsrail-Fələstin sülh prosesinin müzakirə olunacağı Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edir.
Türkiyə xarici işlər nazirinin iclas çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.