Bu gün Makron Fransasının məqsədi ermənilərdən alət istifadə edərək regiona soxulmaqdır. Xoş məramdan xəbər verməyən, yalnız erməni maraqlarını üstün tutan Fransanın belə siyasəti ədalətli sülhə, sabitliyə xidmət etmədiyi aydın görünür. Rusiyanın isə hədəfi bütün məkrli planlarını işə salaraq Cənubi Qafqazdan çıxmamaqdır. Reallıq budur ki, bu iki dövlətin heç birinin regionda olması bizim strateji maraqlarımıza cavab vermir. O baxımdan bölgədə davamlı sülhə, inkişafa nail olmaq və erməniləri qandırmaq üçün Gürcüstanın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq effektli olar. Bu baxımdan Tbilisi patformasının işə düşməsi məqbul variantdır.
Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda ötən həftə səfərdə olarkən rəsmi Tbilisinin sülh danışıqlarına verəcəyi töhfədən danışmışdı. Qonşu ölkə rəsmilərinin də bu məsələdə maraqlı olduqları bəllidir.
Heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə Gürcüstan töhfə verə bilər. Erməni separatizminin mahiyyətini kifayət qədər dərk edən və ümumilikdə separatizmdən ciddi əziyyət çəkən gürcü xalqının regionda barışa, iqtisadi əməkdaşlığın dərinləşməsinə dəstək olması üçün imkanlar yaranıb. Düşünmək olar ki, bu imkanlardan yararlanıb Cənubi Qafqaz regionunu barıt çəlləyinə deyil, sülh məkanına çevirmək mümkündür. Nəhayət ermənilər qanmalıdır ki, regionda sülhün yaradılması, kommunikasiya xəttlərinin açılışı Ermənistanın xilası ola bilər. Onu da unutmaq olmaz ki, Tbilisi platforması hər üç Cənubi Qafqaz ölkəsinin strateji maraqlarına cavab verən mühüm vasitədir.
Əkrəm Bəydəmirli