Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı – FOTO

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi də vəzifəsindən azad edilib.

Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibb Xidmətinin rəisi, polkovnik Əligülov Elçin Vəliağa oğlu öz istəyi ilə işdən azad olunub.

Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı
Elçin Əligülov

Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.

Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı
Ərəstun Əliyev

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Alahşükür Paşazadənin yaxın qohumudur.

Mənbə