HƏMAS-ın İsrailə hücumu nəticəsində 27 Amerika vətəndaşı ölüb.
Bu barədə “New York Times” məlumat verib.
Bildirilib ki, itkin düşən amerikalıların sayı isə 14 nəfərdir.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.