“Moskvanın ötən ay analoji qərarından sonra Vaşinqton ABŞ-də çalışan iki Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib”
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Rusiya Federasiyasının ABŞ-nin Moskvadakı səfirliyindən iki diplomatı saxta bəhanələrlə deportasiya etməsinə cavab olaraq, ABŞ Dövlət Departamenti Rusiya səfirliyinin ABŞ-də işləyən iki əməkdaşına persona non-qrata elan edib”, – məlumatda deyilir.
Xatırladaq ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Moskvadakı səfirliyinin birinci katibi Ceffri Silin və səfirliyin ikinci katibi Devid Bernşteynə persona non-qrata elan etmişdi.