Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında baza bölgəsinə edilən terror hücumuna cavab olaraq 26 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Suriyada PKK/YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin (TSK) bazasına raket zərbəsi endirib. Hücum zamanı 5 polis və 3 əsgər yaralanıb.