Gənc Vətənpərvərlər İctimai Birliyi Vətənin müdafiəsinə hər an hazır ol!

Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. 1994-cü ildə yaradılıb və Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tövsiyələrin imzalanmasının xatirəsinə həsr olunub. 1966-cı il “Müəllimlərin Vəziyyəti ilə bağlı BƏT/UNESCO Tövsiyəsi” dünya üzrə müəllimlərin statusu və vəziyyətlərinə toxunan standart təyin edən alətdir. Bu tövsiyə təhsil üzrə kadr siyasəti, işə qəbul və ilkin hazırlıq, eləcə də müəllimlərin davamlı təhsili, onların məşğulluğu və iş şəraiti ilə bağlı standartları əks etdirir. Ümumdünya Müəllimlər Günü “dünyanın təhsil işçilərinin qiymətləndirilməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsi” mövzusuna diqqət yetirmək və müəllimlər və tədrislə bağlı məsələləri nəzərdən keçirmək imkanı vermək məqsədi daşıyır. 5 oktyabr Beynəlxalq Müəllimlər günü! Öyrədənlərin günü, böyük insanların günü, şərəfli peşənin daşıyıcılarının günü! Ümummili Lider Dahi Heydər Əliyev deyirdi: “Mən Müəllim adından yüksək ad tanımıram”. Mənə elə gəlir bu günün ən gözəl vəsfidir bu cümlələr.
Müəllim cəmiyyətin vuran ürəyi, görən gözüdür, və hər kəsin xüsusi hörmətini qazanan bir təbəqədir Müəllimlərimiz! Mən də öz adımdan və Gənc Vətənpərvərlər İctimai Birliyin adından gözəl gün münasibəti ilə bütün Təhsil İctimaiyyətini, dəyərli vətənpərvər müəllimlərimizi, ürəkdən təbrik edir, çətin, məsuliyyətli və şərəfli peşənizdə sizə uğurlar və nəaliyyətlər diləyirəm. Siz ən ali dəyərə, an alı hörmətə, qayğıya, diqqətə layiqsiniz.
Gününüz mübarək əziz vətənpərvər Pedaqoqlar!
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,İctimai xadim
Müqamət Əliyev (Muğan)