Postmünaqişə dövründə çox əhəmiyyətli metodologiyaların tətbiqi üzərində düşünürük

5 dildə fəaliyyət göstərən www.fact-info.az saytınının tərkibində “Virtual Qarabağ” elektron bazasının təkmillləşdirilməsi üzərində çalışırıq. Postmünaqişə dövründə çox əhəmiyyətli metodologiyaların tətbiqi üzərində düşünürük. Dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq əsas hədəflər sırasındadır.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz  “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində  www.fact-info.az saytının yenilənməsi və əhatə dairəsinin genişlənməsi nəzərdə tutulmuşdu. Artıq saytın skriptləri yenidən yazılıb və dizayn dəyişikliyi  edilib. Həmçinin əcnəbi dillərdə Qarabağla bağlı məlumatların geniş auditotoriyaya davamlı çatdırılması prosesi genişlənib.
“Virtual Qarabağ” elektron bazası xarici auditoriya üçün daha əlçatan olacaq. Azərbaycanın ümumilikdə Qarabağın mədəniyyəti, tarixi və bu günü haqqında daha zəngin mənbə formalaşdırmaq hədəfimizdir.