2015 ildən fəaliyyət göstərən “Miqrasiya Prosesləri” İctimai birliyinin təsisçisi və rəhbəri Fəridə Hicranın Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub.
Görüşdə, Fəridə xanımın işlədiyi layihələr barədə söhbət açmış və bu işin ən önəmli cəhəti
Azərbaycanın yüksək mədəniyyət və dövlətçiliyi barədə yerli ictimaiyyətə çatdırmışdır.
Həmçini, Fəridə xanım, Azərbaycanın mültülültuüel dəyərlər diyarı olması və Prezidentimiz Cənab İlham Əliyevin tolerantlığa derdiyi üstünlüyün bir çox ölkələrə örnək olmasını vurğuladı.
“Miqrasiya prosesləri” İctimai Birliyinin fəaliyyətinə nəzər salanda, o, 2016 cı ildə ilk olaraq Niderland Krallığında yerləşən Haaqa Ədalət Məhkəməsinin qapısını açan və özünün müəllifi olduğu “Qarabağda talan var” kitabının orada təqdimi barədə danışdı.
Onun təsis etdiyi Birlik Azərbaycandan olan ilk təşkilatdır ki, Haaqa beynəlxalq məhkəməsinə öz kitabını çatdrmaqla bərabər, Azərbaycan həqiqəti barədə burada danışmışdır.
O, həmçini Niderland Krallığı televiziyasında da çıxışından söhbət açdı.
Niderlanfda yaşayan həmyerlilərimiz və diaspora fəalları ilə sıx əməkdaşlığından və onların fəaliyuətlərindən danışdı.
Bu dəfə isə, Fəridə xanım Hamburqdakı soydaşlarımızla görüş keçirərək onların problemləri və qayğıları ilə maraqlanmışdır.
Həmçini, burada fəaliyyət göstərən icma üzvlərinin fəaliyyəti ilə qürur duymuş, buradakı dəyərli və vətənpərvər insanlarla tanış olduğunu qeyd etmişdir.
Fəridə xanımın dəyərli tövsiyələrindən ən əsası isə burada doğulub böyüyən gənc nəsil Azərbaycanlılarımızın ana dilinə rəğbət hissinin aşılanması , mədəniyyət və musiqimizə məhəbbətin təbliğ olunması oldu.
Görüşdə iştirak edən Alman Azərbaycan Dostluq dərnəyinin rəhbəri Xəlil Xəlilov, Rasim Tağıyev, Fəxri Həsənli, İrak Türkmənlərinin başçısı Rəmzi Yazim, üzvlərdən Əsgər Ələkbərov iştirak edirdilər.
Görüşə qatılanlardan Fəxriyyə xanımın dediyi kimi, burada hər bir Azərbaycanlının evi, onlar üçün bir növ, görüş düşərgəsidir. Burada soydaşlarımız, gündəmdə olan məsələlər, vətənimizdə buaş verən hadisələri müzakirə edirlər.
Eləcə də, bu şəhərdə, gələcəkdə Azərbaycan evinin açılmasının zəruri olduğunu vurğuladılar.
Əsas məsələ isə, soydaşlarımızın yerli ictimaiyyətin Qarabağ məsələsində ermənilər haqqında qurduqları mifləri dağıdıb yox etmək və həqiqəti düzgün təfərrüatı ilə onlara çatdırmaqdır.
Maraqlı və gözəl söhbətlərdən fərəhlənən Fəridə xanım və Hamburq şəhərində yaşayan soydaşlarımız, belə görüşlərin daha da sıx keçirilməsinin vacibliyindən danışdılar.
Sonda, fotolar çəkildi, görüş barədə fikir mübadiləsi aparıldı.