Azərbaycanın kosmos sahəsində uğurlarını yüksək qiymətləndiririk – IAF prezidenti

“Bakıda kosmos sahəsində beynəlxalq konfransda sizləri görməkdən məmnunluq duyuruq. Azərbaycanın kosmos sahəsində əldə etdiyi uğurlar biz tərəfindən yüksək qiymətlənidirlir”. 

Bu barədə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini Bakıda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq konfransda bildirib. 

“Onu də bildirməliyəm ki, ilk dəfədir biz konfransımızı parlamentin inzibati binasında keçiririk. Bakının ev sahibliyi etdiyi beynəlxalq konfransda müxtəlif ölkələrdən nümayəndələr iştirak edir və onların sayı artıb deyə bilərik. Bu gün hər bir sahədə kosmosdan istifadə olunur. Məsələn: ekologiya, siyasət, iqtisadiyyat, təhsil və s. Bu yaxınlarda ekologiya ilə bağlı BMT ilə danışıqlara başlamışıq. Ekologiya ilə xəbərləri biz kosmosdan alırıq. İqtisadi sahədə də kosmosun böyük əhəmiyyəti var. Burada hər hansı problem ölkələrin iqtisadiyyatına böyük zərbələr vura bilər”.



Mənbə