30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımda bildirilib.
Qeyd olunub ki, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq.