Toyuq qaqqıltısını tərcümə edən süni intellekt yaradıldı: Nə dediklərini başa düşmək olacaq

Tokio Universitetinin professoru Adrian David Çeokun rəhbərlik etdiyi komanda toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem yaradıb.

Yaponiyadan olan araşdırma qrupu süni intellektlə toyuqların qaqqıltı səsini tərcümə etməyin yolunu tapdıqlarını iddia edir.

“Deep Emotional Analysis Learning” (“Dərin Emosional Analizlərin Öyrənilməsi”) adlanan son texnologiya süni intellektdən istifadə etməklə aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və gərginlik kimi duyğuları tərcümə edir. Sistem 6 fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə açıqlaya bilir.

Araşdırmada 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Təxminən 200 saatlıq səsyazmaları araşdırılıb və 100 saatlıq bir nümunə əldə edilib. Komanda üzvləri bu səs yazılarını alqoritmlə birləşdiriblər.

Səkkiz heyvan psixoloqu və baytar həkimi ilə əməkdaşlıq edən tədqiqatçıların fikrincə, sistem toyuqların psixi vəziyyətlərini təəccübləndirəcək dərəcədə dəqiqliklə müəyyən edə bilir.
“Nəticələrimiz göstərir ki, toyuqların səs siqnallarına əsasən, onların emosional vəziyyətlərini bilmək üçün süni intellektdən istifadə edə bilərik”, – deyə tədqiqat qrupu bildirib.

Qrupun fikrincə, heyvanların nə hiss etdiyini bilmək onlar üçün daha yaxşı bir dünya qurulmasına imkan verər.

Mənbə: Haber Global



Mənbə