“Qızların təhsildən yayınması sosial problemə gətirib çıxarır.”


21-22 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Aqentliyinin maliyyə yardımı ilə “Turan” Vətəndaş Cəmiyyətinə Yardım ictimai
birliyi tərəfindən “Qızların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə
maarifləndirmə tədbirlərinin təşkili” layihəsi üzrə növbəti tədbirlərini Sabirabad rayonu
Kürkəndi kənd ümumi orta məktəbində və V.Quliyev adına Bulaqlı kənd tam orta məktəbində
keçirdi.Hər iki tədbiri giriş sözü ilə layihə rəhbəri Y.Babayev açaraq bildirdi ki,2023-cü il
Ümummilli lider, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 100-cü ildönümüdür. Bu məqsədlə Cənab Prezidentimiz İlham Əliyev
tərəfindən bu il Heydər Əliyev ili elan olmuşdur. Odur ki, Ümummilli lider, Ulu Öndər Heydər
Əliyevin və topraqlarımızın azadlığı və ərazi bütövlüyünün qorunmasında canlarını qurban
vermiş Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək.
Tədbir seminar xarakterli olmuşdur.Seminarı layihə rəhbəri Yaqub Babayev
aparmışdır.Sabirabad rayonu Kürkəndi kənd ümumi orta məktəbində təhsil alan şagirdlərlə
bərabər həmin şagirdlərin valideynləri də tədbirdə iştirak etmişlər.Həmin valiedynlər üçün
müəllim-şagird-valideyn münasibətlərin düzgün qurulması üçün onların da daha məsuliyyətli
olmaları tövsiyyə olunmuşdur.Valideynlərin diqqətinə çatdırılmışdır ki,təhsildən yayınma
məsələsi tək məktəbin öhdəsinə aid olan məsələ deyil.Bu məsələdə valiedynlərdə məsuliyyət
daşıyırlar.Valideynlərə bir daha tapşırıldı ki, mütəmadi olaraq məktəblə sıx əlaqədə olsunlar və
övladlarının məktəbdə davranışını məktəbin pedoqoji heyətindən soruşsunlar.Belə olan halda
sizin övladlarınız daha məsuliyyətli olacaq və son nəticədə əxlaqlı,tərbiyəli və savadlı bir
vətəndaş kimi yetişəcəkdir.Sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Təhsil
haqqında Qanunun bəzi maddələri, Şagird davranış qaydaları haqqında,təhsildən yayınma
halları və bu hal baş verdikdən sonra gələcəkdə qız uşaqlarının hansı sosial problemlərlə
üzləşəcəyi barədə geniş məlumat verildi. Hər iki tədbirdə məktəbin prdoqoji heyəti iştirak
etmişdir.Kürkəndi kənd ümumi orta məktəbin direktoru Hilalə müəllim çıxış edərək qızların
təhsildən yayınması nəticəsində erkən nigah halları baş verir ki,bu da son nəticədə sosial
problemlə nəticələnir.Həmin tədbirdə validenlərə bu məsələdə daha məsuliyyətli olmaları və
daima məktəblə sıx əlaqədə olmalarını valideynlərə çatdırıldı.Sonra Hilalə müəllim qeyd etdi
bundan sonra müəllim-şagird-valideyn münasibətlərinin daha mükəmməl əsaslarla inkişaf
etdirilməsi üçün səylərimizi daha da gücləndirəcəyik.Bulaqlı kənd tam orta məktəbin müəllimi
Sevda müəllim çıxışında təhsildən yayınma nəticəsində erkən nigahların baş verməsi və bundan
sonra baş verə bilən bütün mümkün halları şagirdlərin diqqətinə çatdırdı. Hər iki məktəbdə
keçirilən görüşdə pedoqoji heyətin fikri belə oldu ki,qızların erkən yaşda ailə həyatı qurması
məhz valideyn məsuliyyətsizliyi nəticəsində baş verir. Sonda hər iki məktəbdə xatirə şəkilləri
çəkildi.