Rusiya Barens Avro-Arktik Şurasından çıxdığını elan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə təşkilata üzv olan digər ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.
Sənəd həmçinin Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə və Norveçdəki Beynəlxalq Barens Katibliyinə göndərilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda 2022-ci ilin martından şuranın fəaliyyətinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü bildirilir.
“Barens əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə “tərəfdaşlarımızın” üzərinə düşür”, – deyə Xarici İşlər Nazirliyi vurğulayıb.