Rusiya prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromunda iki ölkə liderlərinin danışıqlarından sonra Şimali Koreya lideri Kim Çen Inın şərəfinə rəsmi şam yeməyi verib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, iki liderin menyusuna əncir və nektarinli ördək salatı, göbələk və kartof ilə nərə balığı, Kamçatka xərçəngi ilə köftə, sazan balığı şorbası, dəniz iti şorbası, bişmiş tərəvəzli mərmər mal əti entrekotu və Taiga daxildir.
Qeyd edək ki, səhər saatlarında Kim Çen In “Vostochnı” kosmodromuna gəlib, burada Putinlə birlikdə “Anqara” kosmik raket kompleksinin buraxılış aparatının yığılması prosesini və “Soyuz-2” daşıyıcı aparatlarının xüsusiyyətləri ilə tanış olub. Daha sonra iki ölkə liderləri nümayəndə heyətləri çərçivəsində danışıqlar aparıblar.