Rusiyanın Rostov vilayətində məktəbə bıçaqlı hücum olub.
Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün “Telegram” kanalında məlumat verib.
“Saat 07:50-də Neklinovski rayonundakı “Krasnıy Desant” fermasındakı məktəbdə bıçaqla silahlanmış və üzünü maskanın arxasında gizlədən 15 yaşlı yeniyetmə məktəbə daxil olmaq istəyərkən üç nəfəri yaralayıb”, – deyə rayon rəhbəri yazıb.
Hücum edən şəxs şahidlər tərəfindən saxlanılıb.
Qolubevin sözlərinə görə, məktəbə hücum edən oğlan psixi xəstəlikdən əziyyət çəkir.