Ermənistanda Rusiyanın etirazına səbəb olan təlimlər başlayır

 
Bu gün Ermənistanda ABŞ ilə birgə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimləri başlayır.

Sentyabrın 20-nə qədər davam edəcək təlimlər Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının tədris mərkəzinin bazasında keçiriləcək. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin keçirilməsində məqsəd  beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, tərəflər arasında təcrübə mübadiləsi, eləcə də Ermənistan bölmələrinin əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir. 

Qeyd edək ki, Ermənistanın öz ərazisində ABŞ ilə birgə hərbi təlimlər keçirməsi Rusiyanın kəskin etirazına səbəb olub. Kreml məsələ ilə bağlı açıqlama verərək, hərbi təlimlərin keçirilməsi barədə xəbərin ehtiyatlılıq tələb etdiyini vurğulayıb: “Rusiya bu məlumatı dərindən təhlil edəcək və vəziyyəti izləyəcək”.

 Rusiyanın etirazına səbəb olan təlimlər başlayır



Mənbə