Krımda terror aktının qarşısı alındı

Rusiyanın təhlükəsizlik xidməti (FSB) əməkdaşları Sevastopol sakininin Krımda dəmir yolunda hazırladığı terror aktının qarşısını alıblar.

Bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, rusiyalı Ukrayna hərbi kəşfiyyatının göstərişi ilə terror aktı planlaşdırırmış. Saxlanılan şəxsə qarşı cinayət işi açılıb və məhkəmə onu həbs edib.



Mənbə