Rusiyanın ssenarisi əsasında ötən il Xankəndinə göndərilən və sonra qondarma dövlət naziri kimi cəmiyyətə təqdim olunan Ruben Vardanyan öz missiyasını uğursuzluqla bitirdi. Daha doğrusu Vardanyan layihəsi sona qədər icra olunmadan, yəni separatçıların rəhbəri seçilmədən ifşa olundu. Lakin Rusiyanın köpəyi olan bu erməni Qarabağda separatizmi qızışdırmaqda davam edir.
Bu şəxs öz milyonlarını qondarma rejimin ömrünün uzadılmasına, dünyada humanitar böhran şousu yaratmağa, oradakı silahlıları maliyyələşdirməyə və s. məkrli planlara yönəldib. Burada məqsəd odur ki, regionda sülh təmin edilməsin, gərginlik artsın, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın və nəticədə Rusiya sülhməramlıları Cənubi Qafqazda qalsın.
Amma bir vacib məqam ondan ibarətdir ki, bu gün dünyada separatizmə münasibət dəyişib. Beynəlxalq hüquq, dövlətlərarası münasibətlər separatizmi birmənalı şəkildə ağır cinayətlər sırasına daxil etməkdədir. Məhz belə məqamda Ruben Vardanyanın fəaliyyəti ilə bağlı cinayət işinin qaldırılması və beynəlxalq axtarışa verilməsi zəruridir. Bu proses yalnız Vardanyanla kifayətlənməməlidir. Separatizmə dəstək olan, müharibə cinayətlərində əli olan digər yanlara qarşı da belə adekvat tədbirlər görülməlidir.
Qaldıkı Rusiya Ermənistan arasında son dövrlər söz atışmaları, diplomatik leksiona uyğun gəlməyən ifadələrin gündəmi zəbt etməsi məsələsinə, bunu ssenariləşdirilmiş proses kimi qəbul etmək olar.
Hansısa qurumdakı hansısa katibənin sözlərini şərh etmək fikrində deyiləm.
Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərinə yönəlik tənqidinə cavabında deyib. Zaxarovanın qarşı tərəflə bağlı sərt ifadələri ortadadır. Bütün bunlar razılaşdırılmış gedişlərə daha çox oxşayır.
Əslində bu məkrli qüvvələr arasında gedən çəkişmələr bizi o qədər maraqlandırmamalıdır. Şübhəsiz ki, diqqətdən kənarda da saxlamaq olmaz.
Əkrəm Bəydəmirli