Türkiyədə daşqın nəticəsində altı nəfər həlak oldu – FOTO

 Türkiyənin Avropa hissəsindəki Kırklareli vilayətində baş verən daşqın qurbanlarının sayı altı nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

“Təəssüf ki, istirahətdə olan daha iki nəfərin cəsədi tapılıb”, – o, “X” (keçmiş “Twitter”) hesabında yazıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, təxminən 900 nəfərlik heyətlə itkin düşmüş hesab edilən yerli sakinin axtarışı davam etdirilir.

Mənbə