“Azərenerji” “6 aylıq” şirkətdən 300 minlik bitki alır – İcazə verin, şübhələnək…

 
“Azərenerji” ASC yeni yaradılmış şirkətə 300 min manatlıq tender verib.

Xalqxeber.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, “Azərenerji” ASC müxtəlif növ bitkilərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Flora Garden” MMC olub və qalib təşkilatla 308,973 min manat məbləğində satınalıma müqaviuləsi imzalanıb.

Qeyd edək ki, “Flora Garden” MMC 16.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Emin Salam oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, məh.2942A, ev 79, m. 17-dir.



Mənbə