Kadırov anası ilə bağlı avropalı siyasətçilərə müraciət etdi

 
Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında anasına tətbiq edilən sanksiyaların aradan qaldırılması tələbilə video paylaşıb.

O, avropalı siyasətçilərə müraciət edərək bildirib ki, anası Aymani ancaq kasıblara kömək edir və xarici ölkələrə səfər etmir.

“Bütün dünya onun yalnız xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu bilir”, – deyə Kadırov qeyd edib.



Mənbə