Bu ömür yolunda Səriyyə Dumanli uzun bir yol gedir

Adəm övladı özünü tanıyandan bəri həyat adlı bir səfərə cıxır. Özündən özünə bir yol başlayır. Amma nə sirr xudadırsa, bu səfəri başa vurmaq heç mümkün olmur. İnsan hec vaxt cata bilmir özünə. Haqqında söz acdiğim şair, publisist Səriyyə Duman da özünə cata bilməyənlərdəndir. Bu ömür yolunda Səriyyə Hacıbəy qızı hələ ki, özündən özünə yol gedir.
Haqqında hörmət və izzətlə söhbət açdığım bu gözəl və nəcib xanım milli-mənəvi dəyərləri – xeyirxahlığı, saflığı, mərdliyi özündə daşımaqla bərabər, həm də müasir qadına xas olan işgüzarlıq, bilik, mədəniyyət kimi gözəl insani keyfiyyətləri də özündə cəmləyə bilmişdir.
Səriyyə xanım 1954-cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Qax rayonunun Ləkit kəndində dünyaya göz acıb. Ədəbiyyatı, poeziyanı çox sevir. O bir-birindən gözəl şeirlərin, əsərlərin müəllifidir.
Onun yaratdığı, canlandırdığı həyat taleləri, ömür yolları real obrazlardan bəhrələnən həyat səhnələri oxucunu düşündürür.
-“Taleyim dönüb Tanrıma”- deyərək yazan Səriyyə xanım “Acı göz yaşları”nda, “Ötən İllər”də, “Bir ömrün işığı”nda ürəyindəki bütün dərdini-sərini özünün oxucuları ilə bölüşür. Oxucusunu ilə sirdaş olaraq seçir, fikirlərini, niyyətini, məramını, məqsədini oxucuya yetirir. O əsərlərində zamanın və hadisələrin açıqlanmasını, bu dəyərlər uğrunda tək-tək adamların əqidəsinə sadiq qalmaqla bərabər, insan talelərini həyatın ziddiyyətləri fondunda göstərməklə cox təsirli lövhələr yaratmışdır. Əsərlərinin cox maraqlı quruluşu və cox şirin dili adamı cəkib aparır.
Yazıçının vətənin azadlığı, torpaqlarımızın qorunması uğrunda canından keçən əsgərlərimizin keçdikləri şərəfli həyat yolundan bəhs edən “Qax Şəhidləri” kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Kitabda qısa, lakin şərəfli ömür yolu keçən igid əsgərlərimizin qəhrəmanlıqlarla dolu həyat salnaməsi əhatəli şəkildə işıqlandırılmışdır. Qələmini azğın düşəmənə qarşı çevirən Səriyyə xanım igid oğullarımızla birgə eyni cəbhədə savaşaraq, düşmənə özünün rəzil yerini göstərməyə müvəffəq olmuşdur.
Səriyyə xanımın qələmindən çıxan şeirlər, poemalar və məqalələr hər dəfə oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Oxucu diqqətinin mərkəzində olan yaradıcılığı ilə, səmərəli fəaliyyəti ilə cəmiyyətimizdə seçilən Səriyyə xanım bir çox təltiflərə layiq görülmüş və fəxri fərmanlarla dəyərləndirilmişdir.
Həmişə olduğu kimi, qonaqpərvərliyi ilə saf və incə duyğulara, geniş ürəyə, gözəl qəlbə sahib olan, şirin təbəssümü çöhrəsinə nur verən bu xeyirxah ziyalı xanım öz insanlıq borcunu sevə-sevə yerinə yetirməkdən xüsusi zövq alır. Məqsədi xoş, məramı, amalı gözəl bu Azərbaycan xanımına Hamısıahdan uzun ömür, can sağlığı və diləyir, ona başladığı işləri sona çatdırmaq üçün iradə möhkəmliyi və yaradıcılıq uğurları arzulayırıq.
Dünya ana və uşaqlar i.birliyin sədri və Dunyaxeber.org-un baş redaktoru.Dünya Əliyeva