Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi – RƏSMİ

Ukrayna Silahlı Qüvvələri Rabotino yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Düşmənin şiddətli müqavimətinə baxmayaraq, Novoprokopovka və Oçeretovatıya doğru irəliləyirik”, – o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Mənbə:NEXTA



Mənbə