Fərdi fermerlərin özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək verilir

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi avqustun 24-də Xaçmaz rayonunun Yergüc kəndində “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir.

İctimai Birlikdən QHT.az- a verilən məlumata görə, fərdi fermerlərə “İnnovativ aqrar xidmət tətbiqinin meyvəçilikdə səmərəliliyi” mövzusunda təlim keçirilib. Təlimdə 13 nəfər iştirak edib. Layihə rəhbəri Fərrux Əsgərov layihə və onun Donoru barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin təlimçisi Famil Baxışov fermerlərə İnnovativ aqrar xidmət tətbiqinin meyvəçilikdə səmərəliliyi barədə geniş məlumat verib. Sahibkar Musayev Rəşad meyvəçiliyin səmərəliliyi və əhəmiyyəti barədə geniş danışıb. Təlim qarşılıqlı müzakirə şəraitində davam edib və iştirakçıları maraqlandıran sualları layihənin rəhbəri Fərrux Əsgərov, təlimçi Famil Baxışov və ekspert Nizami Musayev tərəfindən cavablandırılıb. Təlimlərin yüksək səviyyədə keçirilməsinin təşkil edilməsinə görə sahikarlar Xaçmaz rayon İcra Hakimiyyətinə öz təşəkkürlərini bildiriblər. Təlimdən foto və videolar çəkilib. Sonda təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Sahibkarlar təlimdən yaxşı yararlandıqlarına görə, təlimin davamlı olmasını məqsədə uyğun hesab ediblər.

 

Pərvanə Fərhadqızı