Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi “Vətən qürbətə qalmaz” layihəsi çərçivəsində, Qərbi Azərbaycan indiki ermənistan ərazisində azərbaycanlılara məxsus memarlıq abidələrinin tanıdılması və təbliğinə həsr olunmuş eyni adlı sənədli film hazırlamışdır.
Sizi, 30 avqust 2023-cü il tarixində saat 11:00-da Qərbi Azərbaycan İcmasının inzibati binasında (Nərimanov rayonu, Gülarə Qədirbəyova-31, keçmiş Şuşa rayon İcra hakimiyyəti binası)
“Vətən qürbətə qalmaz” sənədli filminin təqdimatına dəvət edirik.
Hörmətlə, Zərnişan Azayeva (Turan)
layihə rəhbəri və ssenari müəllifi, əməkdar jurnalist
əlaqə üçün:050 325 59 15