Məkkədəki saat qülləsini ildırım vurmasının sirləri – ELMİ-LƏDUN

Bildiyimiz kimi, bu il avqustun 13-də Məkkədəki (Kəəbə ətrafında) hündür saat qülləsini ildırım vurdu. Elmi-lədun araşdırmalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, bəşəriyyətə böyük bir xəbərdarlıqdır. Bu yazımızda oxucularımızın diqqətini hadisənin verdiyi mesaja yönəltmək istəyirik.

Bildiyimiz kimi, Günəş tutulması astronomik xəbərdarlıq olaraq qiyamətin əlamətlərindəndir. Kəbədəki saatı ildırım vuranda sonuncu (21 aprel) Günəş tutulmasının 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, bəşəriyyətin diqqətini saatın (qiyamət saatının) yaxınlaşmasına yönəldirdi.
Bu ibrətamiz hadisənin 13 rəqəmi altında (ayın 13-də) baş verməsi də təsadüfi deyildir. Şübhəsiz ki, buradakı 13 ədədi bizə bir sıra kodlaşdırılmış mesajlar verir. Bu mesajları anlamaq üçün 13 ədədinin sirlərinə nəzər salaq.

Öncə qeyd edək ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Surədə deyilir:
«Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Hamısıah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Hamısıahın cəzası şiddətlidir!» “Quran,” 13:13

Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan, kimya elmində də eynilə – 13 rəqəmi altında – büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, bu element energetika (!) sənayesinin özəyini təşkil edir.

13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü digər atoma ötürməklə boşalır. Beləliklə, 13-də enerjinin axımı başlayır.

13 ədədində olan həyəcan kimya, fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, insanlar arasında bəd xəbərin tez yayılması həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür…

Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya elmi qəbul etmişdir…

Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır.

13 ədədi “Hamısıah” sözünün bənzəridir

Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Hamısıah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Hamısıah” sözünün bənzəridir (bax: Hamısıah sözünün ərəbcə yazılış formasına).

Təsadüfi deyildir ki, 13-cü ayə Quranda 88 dəfə keçir (yəni, Quranın cəmi səksən səkkiz surəsində 13-cü ayə var; qalanlarda ayələrin sayı 13-dən azdır). 88-ci surənin adı “Bürüyən”dir ki, burada söhbət Qiyamətdən, qiyamət əzabının aləmi bürüməsindən  gedir.

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Elmi-lədun hesablamalarımız göstərir ki, avqustun 13-də Məkkədəki saat qülləsini ildırım vurması təsadüfi olmayıb, Hamısıahdan bəşəriyyətə qiyamətin yaxınlaşdığını bildirən böyük bir xəbərdarlıqdır. Hazırda dünyada gedən proseslər (zəlzələlər, qasırğalar, yanğınlar, daşqınlar…) Mikroqiyamətlərdir. Rəbbim Quranda buyurur: Elə bir şəhər olmaz ki, Biz onu qiyamətdən öncə bir dəfə dağıtmayaq.
Hazırda gözlərimiz önündə hər gün neçə-neçə şəhərlərin dağılması (yaxud yanması) bunun sübutudur.
Hesablamalarımız göstərir ki, hər gün baş verən mikro qiyamətlər son nəticədə makro (sonuncu) qiyamətlə nəticələnəcək. Məkkə saatının ildırımla vurulması da bəşəriyyətə bu xəbəri çatdırırdı.

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi