Agentliyin dəstəyi ilə Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyi mövzusunda təlim keçirilib

Fact-info.az –a verilən məlumata görə,  “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək ” layihəsi çərçivəsində 03 avqust 2023-cü il tarixdə Xaçmaz rayonunun Hülövlü kəndində “Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyi” mövzusunda təlim keçirilib.

Təlimdə 13 nəfər iştirak edirdi. Layihə koordinatoru Fərrux  Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi barədə geniş məlumat verdi.

Daha sonra təlimçi Famil Baxışov kənd təsərrufatında uzun illər rəhbər vəzifələrdə işləməsi və bu sahədə tam mütəxəssis olduğuna görə təlimçilərə kənd təsərrufatının inkişaf etdirilməsi yollarının incəlikləri haqqında tam dolğun məlumat verdi. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun, kooperativin torpaqları, kooperativin iqtisadi səmərəliliyi və kənd təsərrüfatı kooperativlərinin əsas pirinsipləri haqqında təlim iştirakçıları ilə qarşılıqlı müzakirələr aparıldı. Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyinin əhəmiyyəti barədə ətraflı çıxış edən tədbir iştirakçıları slayd vasitəsi ilə göstərilən məlumatları daha effektli olmasını bildirdilər.

Tədbirdə digər natiqlərdə çıxış edərək “Tərəvəzçilikdə innovativ aqrar xidmətin tətbiqinin səmərəliliyinin” əhəmiyyətini yüksək qiymətləndirdilər və belə tədbirlərin davamlı olmasının vacib olduğunu bildirdilər.