Tolerantlığın Azərbaycan modeli-azsaylı xalqlar filminin çəklilişinə hazırlıq işləri başa çatıb

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət    Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Tolerantlığın  Azərbaycanmodeli-azsaylı xalqlar” adlı filimin çəkilişi layihəsinin icrasına başlayıb.

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədovun Fact-info.az- verdiyi məlumata görə, filmdə Azərbaycan ərazisində yaşayan tatların  tarixindən, mədəniyyətindən, dinindən  qoruyub saxladığı adət-ənənələrindən, məişətindən, əhalinin məşğuliyyətindən, Azərbaycana verdiyi töhfələrindən və digər məqamlardan söhbət açılacaq. Eyni zamanda müxtəlif insanlarla söhbərlər və s nəzərdə tutulmuşdur. Məqsəd  Azərbaycanda tolerantlıq mühitinin nə qədər zəruri nemət olduğunu nümayiş etdirmək, Tolerantlığın Azərbaycan modeli dünyaya örnək olaraq təqdim etməkdir.

Film əsasən tatların yaşadıqları ərazilərdə (Bakı ətafı Balaxanı, Suraxanı, Qala qəsəbələrində, Quba, Şabran və İsmayıllının Lahic qəsəbəsində) çəkiləcəkdir. Layihənin icrası məqsədilə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi filmin çəkilişini maliyyələşdirmək üçün, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və çəkiliş qrupu ilə müqavilələr imzalamışdır. Artıq filmin çəkilişi ilə bağlı hazırlıq işlərini yekunlaşdırmaq ərəfəsindəyik. Tezliklə filimin çəkilişlərinə başlamaq və sentyabr-oktyabr aylarında isə çəkilişləri yekunlaşdırmaq və filmi təqdim etməyi planlaşdırırıq.