ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası cəhdinin olması bəzi dövlətlərin Cənubi Qafqaz regionunu yenidən nüfuz dairəsinə salmaq iddiasından qaynaqlanır. Vaxtılə bölgəyə yalnız turist səfərlərinə gələn, təcavüzkar Ermənistana işğala son qoymaq üçün heç bir təzyiq göstərməyən bu bivec qurumun bu gün yenidən yaradılmasına nə ehtiyac var.
Bunu “Xalq Cəbhəsi”nə ekspert Əkrəm Bəydəmirli deyib.
Ümumiyyətlə, dünya siyasətində riyakarlıq, haqqın, ədalətin yanında deyil, yalnız öz məkrli maraqları çərçivəsində siyasi proseslərə yanaşma separatizmin inkişafına təkan verməklə bərabər regionun təhlükəsizliyinə təhdid olur:
“Bütün bu zəruri məqamları nəzərə alaraq düşünmək olar ki, Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir.
Regiona maraq göstərən ölkələr məkrli planlarla deyil, yalnız Azərbaycanın torpaq bütünlüyünə hörmətlə yanaşaraq, çox aydın şəkildə separatizmin bütün növlərinə dəstək verməyərək əməkdaşlığı davam etdirə bilərlər. Sivil dünyanın və beynəlxalq hüququn prinsiplərinə uyğun belə əməkdaşlıq mümkün ola bilər. Əks təqdirdə uzun illər siyasi proseslərdən üzüqara çıxan ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi əbəsdir”.
Cavid