Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş YAP Yasamal rayon təşkilatı, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Alban-Udi Dini İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Vətənpərvərlik etüdləri” çərçivəsində “Qəbələ mənzərələri” adlı etüd-sərgi və Udi İcması ilə görüş təşkil olundu. Layihə və etüd rəhbəri Aygün Əzizovanın olduğu 25 nəfərlik rəssam heyəti etüddə iştirak edirdi . Öncə etüd iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər . Abidə önünə tər gül dəstələri qoyulub Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinə dualar oxundu. Yasamal Rayon Heydər Əliyev mərkəzində baş tutan 100 illik sərgi-müsabiqədə qalib olan rəssamların əsərləri Qəbələ şəhər Heydər Əliyev Mərkəzində sərgiləndi. Sərgidə qonaq qismində Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov da iştirak edirdi.
Sonra etüd iştirakçıları Udi icması ilə görüşə yollandı. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilli və icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşıladılar.
Robert Mobilli Udi icmasının fəaliyyətindən, dövlət qayğısından bəhs etdi.
Etüd də iştirak edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib bu cür görüşlərin gənclərin dünya görüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırdılar. Etüd iştirakçılarına uğurlar arzuladılar . Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey ( Cotari ) adına Alban kilsəsi və Müqəddəs Məryam ( Bulun ) adına Alban Kilsəsi haqqında geniş məlumat verildi. Etüd Müqəddəs Yelisey ( Cotari ) adına Alban Kilsənin ərazisində baş tutdu. Rəssamlar multikulturalizmin mənbəyi olan Azərbaycanın və Qəbələ şəhərinin gözəlliklərini kətana köçürdülər. Etüdlər açıq havada sərgiləndi və rəssamlar diplomlarla təltif olundular. Rəssamlar tərəfindən xatirə olaraq çəkilən etüdlər Alban-Udi Xristian dini icmasına hədiyyə olundu.
Etüd iştirakçıları nahar süfrəsində Udi mətbəxinin əsrarəngiz təamlarından daddılar. Sonda xatirə fotoları çəkildi .
Müxbir : Aygün Oqtay
Fotoqraf: Xatirə Məmmədova