İlham Əliyev: “Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək”

“Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək”.

Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”, – deyə dövlətimizin başçısı qeyd edib.

Mənbə