Layihə və etüd rəhbəri Aygün Əzizovanın olduğu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Bakı Mənzərələri” adlı etüd Beynəlxalq Qalereya və “20 Yanvar” İB – nin birgə təşkilatçılığı ilə Sahil bağında təşkil olundu . Etüd haqqında ətraflı məlumat verən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüdlərin rəssamların həyatında mühüm rol oynadığını və onların rəng duyumunun açıq hava altında , təbiətdən ilhamlanaraq fərqli görünüş aldığını bildirdi. Əsərlərin canlı işlənməsi texnikasını mənimsəyərək az vaxta günün dəyişkən anlarında rənglərin əsərlərdə dəyişiminin heyrətamiz olduğunu və eyni zamanda rənglərin qoxusunun açıq havada rəssamlara təsirsiz olduğunu qeyd etdi. Bu da daha çox işləməyə imkan yaradır. “20 Yanvar” İB-nin sədri qazi Sultan Əzimzadə gənclərimizin 15 İyun Milli Qurtuluş Günündə bir araya gəlməkdə məqsədinin sosial şəbəkələrdən asılılığın azalması, pis vərdişlərdən uzaq olub gələcəyə uğurlu, vətənpərvər gənclik yetişdirmək olduğunu bildirdi. Etüdlərin davamlı təşkil olunmasında dəstək olacağını da qeyd etdi . Etüddə “20 Yanvar” İB-nin sədr müavini polkovnik Xətai Baxışov , “20 Yanvar” İB-nin Sabunçu rayon şöbəsinin sədri qazi Rövşən Abbasov da iştirak edirdilər.
Etüdün iştirakçıları ADPU-nun müəllimi Səmayə Rzayeva , ADPU-nun müəllimi Vəfa Hamısıahyarova , Tofiqə Əliyeva, Gövhər Məmmədova , Tamerlan Məmmədov, Arzu Məmişova, Aytən Bəylərzadə , Sonaxanım Kərimova kimi peşəkar müəllimlərin tələbələri idilər. Etüd 3 saat davam etdi. Bir-birindən möhtəşəm, rəngarəng Bakı mənzərələrindən ibarət əsərlər meydana gəldi. Əsərlər açıq havada sərgiləndikdən sonra rəssamlar diplomla təltif olundular. Sonda xatirə fotoları çəkildi.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov