Əzizovanın olduğu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Can Azərbaycan” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi

12 iyunda Beynəlxalq Qalereyada rəssam Gövhər Məmmədovanın layihə rəhbəri Elnurə İsgəndərova , təşkilatçısı Aygün Əzizovanın olduğu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Can Azərbaycan” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi. Sərgidə rəssamın Ulu Öndər Heydər Əliyevin portreti, Qarabağı, təbiət mənzərələrini, milli adət-ənənələri əks etdirən 30 əsəri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova 15 İyun Milli Qurtuluş Günündən danışıb, rəssam Gövhər Məmmədovanın rəssam, müəllim və bir xanım kimi hər zaman öz üzərində səylə çalışdığını, daim uğurlu tələbələr yetişdirdiyini bildirib rəssama sənət yollarında uğurlar arzuladı. Gövhər xanım çıxışında sərgiyə təşrif buyuran qonaqlara , sənət yoldaşlarna təşəkkür edib , bundan sonra da əzmlə çalışacağını bildirdi. Gövhər xanım Beynəlxalq Qalereya adından ilk fərdi yaradıcılıq sərgisinə görə diplom ilə təltif edildi. Sonda ənənəvi olaraq rəssam tortu kəsildi , xatirə fotoları çəkildi.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov