Bildirilib ki, “Qazprom” bu ölkədə Rusiya təbii qazının paylayıcı mərkəzinin yaradılmasının parametrlərini və fəaliyyət prinsiplərini özündə əks etdirən konseptual sənədi Türkiyəyə təqdim edib.
Dunyaxeber.org xəbər verir ki, “Qazprom”un illik hesabatında “Qazprom 2022-ci ilin oktyabr ayından etibarən Türkiyədə qaz qovşağının yaradılması üzərində türk tərəfdaşları ilə işləyir. Rusiya tərəfi qaz mərkəzinin yaradılması ilə bağlı öz konsepsiyasını, mərkəzin parametrlərini və fəaliyyət prinsiplərini Türkiyə tərəfinə çatdırıb.
Rusiya təbii qazını Almaniya və digər Aİ ölkələrinə daşıyan “Şimal axını” boru kəmərlərini fəaliyyətsiz hala gətirən təxribatdan sonra Rusiya prezidenti Vladimir Putin ötən il Rusiya qazının Avropa ölkələrinə paylanması üçün Türkiyədə mərkəz yaradılmasını təklif edib.
Daha sonra Putin qeyd edib ki, Rusiya təbii qazının qiyməti də sözügedən mərkəzdə həyata keçirilə bilər. Hələlik konkret addımlar atılmasa da, tərəflər təbii qaz mərkəzi layihəsi üzərində işə başlayıb.
Eltac/Turkustan.az