Rusiya silahlıları Ukraynanın Xerson vilayətində əhalinin təxliyə edildiyi ərazilərə atəş açır.
Dunyaxeber.org xəbər verir ki, bu barədə görüntülər “Telegram” kanallarında yayılıb.
Məlumata görə, Rusiya hərbçiləri birbaşa evlərə atəş açır. Atəş nəticəsində yaralananların olduğu bildirilir.
Qeyd edək ki, iyunun 6-da Xerson vilayətində Kaxovka SES-in bəndlərindən birinin partladılıb.
Bu hadisə ilə bağlı yerli sakinlər fəlakət bölgəsindən təxliyə olunur. /bizim.media/az/