Milli Məclisin deputatı Ceyhun Məmmədov dərslərin 1 sentyabrda başlamasını təklif edib.
Dunyaxeber.org xəbər verir ki, millət vəkili bu barədə İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən danışıb:
“Azərbaycanda dərslər sentyabrın 1-dən başlamalıdır. Bu mənim şəxsi fikrimdir. Sovet dövründə təhsilin həm müsbət, həm də mənfi ənənələri olub. Həmin müsbət təcrübələrdən bu gün istifadə etməliyik.
Nəzərə almaq lazımdır ki, iyunun əvvəlindən havalar istiləşməyə başlayır. Bizim bütün bölgələrimizdəki məktəblərdə şagirdlərin normal təhsil alması üçün müəyyən sistemlər mövcud deyil. O baxımdan bizim bu ənənəni qorumağımız lazımdır.
Digər məsələ isə ondan ibarətdir ki, 3 ay tətil müddəti ilə bağlı təhlillər aparmalıyıq. Sovet dövründə 3 ay yalnız tətil deyildi. Tədris müddəti bitəndən sonra şagirdlərin düşərgələrə getmək imkanı var idi. Şagirdlər orada həm öyrənir, həm əylənir, həm də dincəlirdi”.
Verilişdən sözügedən hissəni 6-cı dəqiqədən etibarən izləyə bilərsiniz:
/Yenisabah.az/