Azərbaycanda süni düyülər satılır? – RƏSMİ CAVAB


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib.

Turkustan.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:

“Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir”.   /bakivaxti.az/