“Zəfər yurdu payız məktəbi” FOTOLAR

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Şuşa ilinə həsr olunmuş qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Zəfər yurdu payız məktəbi” layihəsinə yekun vurub.Layihənin icrası 2022-ci ildə nəzərdə tutulsa da Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində Eko fəalların və QHT nümayəndələrinin keçirdikləri aksiya səbəbindən layihənin icrası mitinq başa çatdıqdan sonra icra edilib.Layihənin birinci mərhələsinin Ağcabədi Olimpiya İdman Kompleksində, ikinci mərhələsinin isə Şuşa şəhərində icrası planlaşdırılmışdır.Layihə iştirakçıları ilk öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində yerləşən abidəsi önünə gələrək öz ehtiramlarını bildirmiş, abidə önünə gül dəstələri düzmüşlər.Sonra gənclər Ağcabədi Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ümummilli Liderin həyatı, fəaliyyəti, müstəqil Dövlətimizin quruculuğunda və inkişafında göstərdiyi xidmətlər haqqında məlumatlarla tanış olmuşlar. Layihə iştirakçıları Ağcabədi Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət etmiş, xatirələrinə ehtiram əlməti olaraq gül dəstələri düzmüşlər.Ağcabədi Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, qazi və veteranların və s. iştirakı ilə layihənin açılış konfransı keçirildi.Üç gün davam edən layihənin ilk konfransı şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.Konfransı giriş sözü ilə Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov açaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Xalqının və Dövlətinin həyatında oynadığı roldan, göstərdiyi misilsiz xidmətlərdən söz açdı.Natiq çıxışında Azərbaycanın öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə olduğu bir dövrdə Heydər Əliyevin peşəkar, çevik, cəsarətli siyasi addımları nəticəsində Dövlətimizin vətəndaş müharibəsindən xilas olduğunu, ölkəmizin bütün sahələrdə inkişafının bünövrəsinin qoyulduğunu, nizami güclü ordunun yaradılmasını və s. təmin etməklə bu günkü güclü Azərbaycanın yaradılmasının təmin olunduğunu qeyd etdi.Ümumilli Liderimizin layiqli davamçısı, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin prinsipial, iradəli, cəsarətli, vətənpərvər siyasəti nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusu tamamilə darma-dağın edildi, doğma Qarabağımız və Şərqi Zəngəzur düşmən tapdağından azad edildi. 200 ildən artıq müddət ərzində öz havadarlarının dəstəyi ilə Azərbaycan ərazisində silsilə qətliyamlar törədən, qədim Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəllərində 31 mart, 20-ci əsrin sonlarında Xocalı soyqırımını törədən ermənilərə nəhayətki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz son qoydu.3 gün davam edən layihə müddətində müxtəlif seminarlar, idman yarışları, gənclər üçün əyləncəli-musiqili tədbirlər keçirildi. Layihə iştirakçılarının Qarabağ Atçılıq Mərkəzininə, Ağgöl Dövlət Təbiət Qoruğuna və s. yerlərə gəzintisi həyata keçirildi.Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən tədbirlərin yekununda iştirakçılara hədiyyələr təqdim edildi.

Layihənin 2-ci hissəsinin Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR

“Zəfər yurdu payız məktəbi” FOTOLAR