Rusiyanı çaşdıran video: Saxta Putin hərbi vəziyyət elan etdi

Deepfake texnologiya ilə istehsal olunduğu bildirilən videoda Rusiya lideri Putinin hərbi vəziyyət və hərbi səfərbərlik Dunyaxeber.org xəbər verir ki, bəzi televiziya və radio kanallarında Rusiya prezidenti Vladimir Putinin deepfake texnologiyası ilə hazırlanmış videosu yayımlanıb. Xalqa müraciət videosunda saxta Putinin hərbi vəziyyət və hərbi səfərbərlik elan etməsi eşidilir.

Ukraynanın üç sərhəd bölgəsini işğal etdiyini deyən yalançı Putin bu bölgələr üçün də boşalma çağırışı edir. “GazeteDuvar” yazır ki, Ukraynanın “təhlükəli və məkrli düşmən” kimi təsvir olunduğu görüntüdə səfərbərliyə çağırış da yer alır.

Rusiyanın “Mir” ictimai yayımının mətbuat xidmətindən TASS agentliyinə bildiriblər ki, radio və televiziya kanalları qanunsuz olaraq yarım saatdan bir qədər çox müddətə kəsilib.

Sözügedən yayımdan sonra açıqlama verən Kreml, görüntülərin ‘tamamilə’ Putinə aid olmadığını açıqladı. Kremlin sözçüsü Dmitriy Peskov insidenti “hakerlərin əməliyyatı” kimi qiymətləndirib və araşdırmaya başlanıldığını açıqlayıb.

Eltac/Turkustan.az