3 yaşlı uşaq ilanı yedi – FOTO

Hindistanda kiçik bir uşaq bağçada qarşısına çıxan zərərsiz ilanı dişləyərək çiynəyib.

Dunyaxeber.orgunyaxeber.org xəbər verir ki, “India Gün” qəzetinin xəbərinə görə, Uttar Pradeş ştatının Farrukhabad rayonunda 3 yaşlı uşaq ilan balasını çeynəyərək öldürüb.

Balaca oğlanın çöldə oynayarkən kolluqdan çıxan ilanı tutaraq oynamağa başladığı öyrənilib.

Oğlan ilanı tutandan sonra onu dişləməyə və çeynəməyə başlayıb. Sonra qışqırmağa başlayıb. Ailəsi ağzında ilan olan oğlanı görəndə dəhşətə gəlib. Uşağın ağzından ilanı çıxaran valideynlər balaca uşağı xəstəxanaya aparıblar.

Müayinə edilən uşağın vəziyyətinin yaxşı olduğu öyrənilib.

Eltac/Turkustan.az