Şuşada kütləvi məzarlıq aşkarlanıb

Şuşa ərazisində kütləvi məzarlıq aşkar olunub.

Dunyaxeber.org xəbər verir ki, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında tapılıb.

Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.    /APA/