“Gürcüstan gərək Abxaziya və Şida Kartlinin azad olunmasına hazırlaşsın. Bu pəncərə tezliklə açılacaq”.
Dunyaxeber.org Globalinfo.az–a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
O hər kəsin Ukraynanın qaçılmaz qələbəsinə hazırlaşmalı olduğunu söyləyib.
Saakaşvilinin sözlərinə görə, Gürcüstanın mövcudluğu bu gün Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır:
“Abxaziya və Şida Kartliyə yol tezliklə açılacaq və biz hamımız Rusiya ordusunun çökəcəyi, Moskvada isə qarışıqlığın hökm sürəcəyi anı tutmalıyıq. Zelenskinin geniş strateji baxışı var”.