Müğənni Murad Arif rus aktyor və aparıcı Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib.
Dunyaxeber.org xəbər verir ki, o, 44 günlük müharibə zamanı aktyorun ermənipərəst mövqe tutmasına etiraz edib.
“Instagram” səhifəsində bununla bağlı paylaşım edən müənni yazıb:
“Qoqunski 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində “yatdı”, erməni xalqının “dərd”inə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə stop deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”
Milananın konserti 14 iyunda Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. /yenisabah.az/