Separatçılar təxribatlara hazırlaşır: Xocalıda təlimlər keçirilir – VİDEO

Qarabağın dağlıq hissəsində dislokasiya olunmuş qanunsuz erməni silahlı dəstələri Xocalıda təlimlərə başlayıblar.

Dunyaxeber.org Ordu.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbiere poliqonunda atış təlimlərinə başlayıblar.

Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.