“Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir”.
Dunyaxeber.org xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir:
“Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını icra etməyə hazırdır”. /yenisabah.az/